“Neftçi” Avropada, “Qarabağ”dan səfər qələbəsi

“Neftçi” Avropada, “Qarabağ”dan səfər qələbəsi

Bu gün Azərbaycan Premyer Liqasında 24-cü tura yekun vurulub. Turun 4 qarşılaşması da eyni gündə baş tutub.

“Qəbələ” “Qarabağ”ı qəbul edib. Matçın taleyi ilk hissədə həll olunub. İbrahima Vaci 6 və 14-cü dəqiqələrdə vurduğu 2 qolla komandasına qələbə qazandırıb.

“Sabah” “Şamaxı”ya böyükhesabla qalib gəlib. Meydan sahibləri ilk hissədə 3, ikinci yarıda 2 qol vurub. Qonaqların gücü isə yalnız 1 təsəlli qoluna çatıb.

“Kapital Bank Arena”da keçirilən “Sumqayıt” “Zirə” görüşünün ilk hissəsində hesab açılmayıb. Matçda yeganə qol 90+1-ci dəqiqədə vurulub. Davit Volkov “Zirə”yə qələbə qazandırıb.

Turun son matçında “Səbail” “Neftçi” ilə qarşılaşıb. Qolsuz bitən ilk yarının ardından son çempion azlıqda qalıb. Qonaqlar 10 nəfərlə qalmasına baxmayaraq, hücumlarını davam etdirib və istəyinə çatıb. Tiaqo Bezerra fərqlənib – 1:0. Bu görüşdən qalib ayrılan “Neftçi” avrokuboklara vəsiqəni təmin edib.

ETOPAZ

Əvvəlki yazı

Dumfrisə növbəti müştəri

Növbəti yazı

Alkaras Barselona turnirinin qalibi oldu