NBA tarixində ilk

NBA tarixində ilk

“Boston” Şərq Konfransı finalının 4-cü oyununda “Mayami” ilə qarşılaşıb. “Seltiks” görüşdən qələbə ilə ayrılıb – 102:82 (2-2).

“Hit”in startdakı 5 oyunçusu – Kayl Lauri (3), Cimmi Batler (6), Pi Cey Taker (0), Maks Strus (0) və Bam Adebayo (9) ümumilikdə 18 xal toplayıb. Ehtiyat oyunçular skamyasından meydana çıxan müdafiəçi Viktor Oladipo isə 23 xal toplayıb.

Bu, NBA tarixində bir unikal göstəricidir. İlk dəfə NBA-nın pley-off mərhələsində meydana sonradan çıxan basketbolçu əsas komandanın bütün oyunçularından çox xal toplayıb.

ETOPAZ

Əvvəlki yazı

De Brüyne “Mançester Siti”də qalacaq

Növbəti yazı

“Real”da ayrılıq