NBA tarixində ikinci

NBA tarixində ikinci

“Oklahoma”nın basketbolçusu Coş Qiddi NBA tarixinə düşüb. Komandasının debütantı bir oyunda xal yığmadan dabl-dabl müəllifi olub.

O, “Yeni Orlean”la matçda fərqlənib. Qiddi 10 ribaund və 10 ötürməyə imza atıb. Onun komandası 117:112 hesabı ilə qalib gəlib.

Coş NBA tarixinə xal qazanmadan dabl-dabl edən ikinci oyunçu kimi düşüb. 1971-ci ildə Norm van Lir 11 ribaund və 13 ötürmə etdiyi matçda xal yığmayıb.

ETOPAZ

Əvvəlki yazı

Mbappenin keçidinin açıqlanacağı vaxt müəyyənləşdi

Növbəti yazı

“Klivlend”dən üç rekord