NBA tarixində 6-cı
“Dallas”ın basketbolçusu Luka Donçiç NBA tarixinə düşüb. O, 25 yaşadək müntəzəm çempionatda 10 min xal səddini aşan 6-cı oyunçudur.
Lukaya qədər buna Lebron Ceyms, Kevin Dyurant, Kobi Brayant, Karmelo Entoni və Treysi Makqredi nail olub. Donçiç “Maveriks”ə 2018-ci ildə “Real”dan keçib.
24 yaşlı sloveniyalı cari mövsümdə 27 matçda iştirak edib. O, orta hesabla 32,9 xal, 8,6 ribaund və 9,1 ötürməyə imza atıb.