NBA tarixində 4-cü

NBA tarixində 4-cü

Yannis Adetokumbo NBA-nın tarixinə düşüb. “Miluoki”nin hücumçusu Uilt Çemberlen, Bob Makadu və Coel Embiidin rekordunu təkrarlayıb.

O, zərbələrin dəqiqliyi 70 faiz olduğu matçda ən azı 45 xal, 15 ribaund və 5 ötürmə etməyi bacaran 4-cü basketbolçudur.

Yannis buna “Çikaqo” ilə görüşdə imza atıb. O, 46 xal, 16 ribaund və 6 ötürmə ilə yadda qalıb. Onun 22 atışından 16-sı (72,7 faiz), 16 cərimədən 12-si (75 faiz) dəqiq alınıb.

Qeyd edək ki, “Baks” bu matçda 113:97 hesablı qələbə qazanıb.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ” bir pillə irəlilədi

Növbəti yazı

İlin bombardirləri