NBA-nın sabiq basketbolçusu saxta sənədlə saxlanıldı

NBA-nın sabiq basketbolçusu saxta sənədlə saxlanıldı

NBA-nın sabiq basketbolçusu Lazar Heyvord həbs olunub. Hadisə Havay adalarında baş verib.

Lazar koronavirus testinin nəticələri barədə saxta sənəd təqdim etdiyi üçün saxlanılıb. 34 yaşlı basketbol veteranı digər kaliforniyalı Reyven Rendl ilə birlikdə karantinə alınmamaq üçün saxtakarlıq edib.

Los-Ancelesdən Kauai adasına uçan bu iki şəxs portala saxta sənədi yükləyib. Hərçənd bu adaya yalnız vaksin olunmuş və ya testi mənfi nəticə verənlər karantinsiz daxil ola bilər. Havay polisi tərəfindən saxlanılan saxtakarlar buraxıldıqdan sonra geri qayıtmalı olublar.

Xatırladaq ki, peşəkar karyerasını 2017-ci ildə bitirən Lazar “Timbervulvz” və “Tander”də keçirdiyi üç mövsümdə 72 matça çıxıb və orta hesabla 2,9 xal toplayıb.

ETOPAZ

Əvvəlki yazı

Kumanla bağlı qərar

Növbəti yazı

“Vilyarreal”da yeni müqavilə