NBA-nın rekordu təkrarlandı

NBA-nın rekordu təkrarlandı

“San-Antonio”nun baş məşqçisi Qreqq Popoviç NBA tarixinin rekorduna şərik olub. O, müntəzəm çempionatda ən çox qələbə qazanan çalışdırıcı Don Nelsona çatıb.

“Spers” “Leykers”ə 117:107 hesabı ilə qalib gəlib. Bu, Popoviçin baş məşqçi kimi 1335-ci qələbəsi olub.

73 yaşlı mütəxəssis yarışın tarixində ən çox qələbə qazanan məşqçi adına sabah sahib çıxa bilər. Onun yetirmələri evdə “Toronto”nu qəbul edəcək.

1996-cı ildən “San-Antonio”ya rəhbərlik edən Popoviç 2028 matçda 1335 qələbəyə sevinib. Nelson isə bu rəqəmə 2398 oyunda nail olub.

ETOPAZ

Əvvəlki yazı

PSJ Kroos arzusunda

Növbəti yazı

İngiltərə klubu Azarla danışıqlara başladı