NBA-da startın ən yaxşıları bəlli oldu
NBA-da cari mövsümün startının ən yaxşılarının adları bəlli olub. Bunu yarışın mətbuat xidməti açıqlayıb.
“Denver”in basketbolçusu Nikola Yokiç Qərb konfransının ən yaxşı oyunçusu seçilib. Serbiyalı orta hesabla hər oyunda 29 xal, 13,2 ribaund və 9,2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun orta oyun müddəti 34 dəqiqədir.
Şərq konfransının ən yaxşısı isə “Boston”un hücumçusu Ceyson Teytum olub. Komanda 18 oyunda 14 qələbə qazanıb. Teytum isə orta hesabla 27,7 xal, 8,8 ribaund və 4,1 assistlə yadda qalıb. O, hər matçda kortda orta hesabla 36 dəqiqə keçirib.