NBA-da mövsümün rəmzi komandaları

NBA-da mövsümün rəmzi komandaları

NBA-da 2022/23 mövsümünün rəmzi komandaları açıqlanıb. Yarışın üç ən yaxşı “beşliy”i müəyyənləşib.

Birinci komandada müdafiəçilər Şey Gildjes-Aleksander (“Oklahoma”), Luka Donçiç (“Dallas”), hücumçular Ceyson Teytum (“Boston”), Yannis Adetokumbo (“Miluoki”) və mərkəz oyunçusu Coel Embiid (“Filadelfiya”) yer alıb.

İkinci “beşlik”də müdafiəçilər Stef Karri (“Qolden Steyt”), Donovan Mitçell (“Klivlend”), hücumçular Cimmi Batler (“Mayami”), Ceylen Braun (“Boston”) və mərkəz oyunçusu Nikola Yokiç (“Denver”) qərarlaşıb.

Üçüncü komandanın tərkibinə mərkəz oyunçusu Domantas Sabonis (“Sakramento”), hücumçular Culius Rendl (“Nyu-York”), Lebron Ceyms (“Leykers”), müdafiəçilər Damian Lillard (“Portlend”) və Dearon Foks (“Sakramento”) daxil edilib.

Qeyd edək ki, Lebron Ceyms karyerasında 19-cu dəfə rəmzi komandaya layiq görülüb.

ETOPAZ

Əvvəlki yazı

Dörd ildə 11-ci baş məşqçi

Növbəti yazı

Braziliyalı hücumçu “Real”la “İnter”in hədəfində