Navas İtaliya nəhənglərinin transfer siyahısında

PSJ-nin futbolçusu Keylor Navas karyerasını İtaliyada davam etdirə bilər. Təcrübəli qapıçı A seriyasının üç klubundan təklif alıb.

Bunlar “Yuventus”, “Milan” və “Roma”dır. Fransa təmsilçisi də 35 yaşlı əlcək sahibi ilə vidalaşmağa razıdır.

Navasın müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. Onun transfer qiyməti 10 milyon avro ilə dəyərləndirilir.

ETOPAZ

Əvvəlki yazı

Zverev Monpelyedə

Növbəti yazı

Kulusevski İbrahimoviçin yanına gedir