Nassir “Portlend”də 4,2 milyon qazanacaq

Nassir “Portlend”də 4,2 milyon qazanacaq

“Portlend” basketbolçusu Nassir Littl ilə müqavilənin uzadılması bəndini aktivləşdirib. Hücumçu 2022/23 mövsümündə də bu komandanın formasını geyinəcək.

21 yaşlı oyunçu “Bleyzers”də 4-cü mövsümündə 4,2 milyon dollar qazanacaq. O, 2023-cü ilin yayında qismən azad agent statusu alacaq.

Nassir 2019-cu ilin draftında 25-ci nömrə altında seçilib. O, ötən mövsüm 48 matçda iştirak edib. Littl hər matçda orta hesabla 4,6 xal toplayıb.

e-Topaz

Əvvəlki yazı

Belinda Bençiç oyunu yarımçıq tərk etdi

Növbəti yazı

Dibala millidən kənar qaldı