“Napoli”dən rekord
“Napoli” A seriyası tarixinə düşüb. Luçano Spallettinin yetirmələri startdakı 15 oyunda əldə olunan qələbə sayında rekorda şərik çıxıb.
Neapollular XV turda “Udineze”ni 3:2 hesabı ilə üstələyib. Bu, ilk 15 matçda 15-ci qələbə olub.
İndiyədək yalnız “Yuventus” startda belə nəticə göstərib. “Byankoneri” 1949, 2005, 2013 və 2018-ci illərdə belə göstəriciyə imza atıb.