“Napoli”də ciddi itki

“Napoli”də ciddi itki

“Napoli”də ciddi itki yaşanır. Viktor Osimhenin zədəsi hələ də davam edir.

O, Çempionlar Liqasının 1/8 final mərhələsinin “Barselona”ya qarşı keçiriləcək ilk oyununu buraxa bilər. Futbolçu daha öncə “Genoa” ilə matçda (1:1) iştirak etməyib.

“Napoli”nin baş məşqçisi Valter Mazzarri mövzunu belə şərh edib:

“Biz yalnız onun hazır olacağına ümid edə bilərik. Lakin Viktorun matçda iştirak etmə ehtimalını qiymətləndirmək çətindir. Onun və tibb işçilərinin sözlərinə görə, Osimhen hələ tam hazır deyil və əzələlərində müəyyən problemlər var.

Afrika Millətlər Kubokundan sonra onu indi riskə atıb daha bir-iki ay daha itirmək axmaqlıq olardı. Viktor sabah məşq edəcək və ümid edirik ki, o, “Barselona” ilə oyuna hazır olacaq”.

ETOPAZ

Əvvəlki yazı

Neto “Vulverhempton”un tarixinə düşdü

Növbəti yazı

“Aston Villa”dan rekord