“Napoli” “Nyukasl”ın təklifini rədd etdi

“Napoli” “Nyukasl”ın təklifini rədd etdi

“Nyukasl” “Napoli”nin hücumçusu Viktor Osimheni heyətinə qatmaq üçün hərəkətə keçib. Lakin İngiltərə klubunun təklifi italiyalılar tərəfindən rədd edilib.

Neapolluları 23 yaşlı nigeriyalı hücumçu üçün təklif olunan məbləğ qane etməyib. “Napoli” ən azı 100 milyon avroya Viktor Osimhenlə yollarını ayırmağa hazırdır. Forvardın neapollularla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimidir.

Qeyd edək ki, Osimhen bu mövsüm “Napoli”nin heyətində bütün yarışlarda 30 oyuna çıxıb. O, 17 qol vurub və 6 məhsuldar ötürmə edib.

ETOPAZ

Əvvəlki yazı

Haaland Premyer Liqada ən çox qazanan futbolçu olacaq

Növbəti yazı

Embiiddən antirekord