“Napoli” ilə oyunöncəsi “Milan”da ciddi itki

“Napoli” ilə oyunöncəsi “Milan”da ciddi itki

“Milan”da ciddi itki baş verib. A Seriyasının növbəti turunun matçında komandanın kapitanı meydana çıxa bilməyəcək.

Alessio Romanyoli zədə səbəbindən “Napoli” ilə oyunu buraxacaq. “Milan”ın kapitanı İtaliya kubokunun yarımfinal mərhələsinin “İnter”lə ilk oyununu (0:0) başa vura bilməyib və 26-cı dəqiqədə əvəzlənib.

Müdafiəçi sol budundan yapışaraq meydanı axsayaraq tərk edib. İlkin məlumatlara görə, onun əzələsi zədələnib.

e-Topaz

Əvvəlki yazı

Çempionşip təmsilçisi “Tottenhem”i kubokdan kənarlaşdırdı

Növbəti yazı

Fransalı futbolçu “Barselona”nın maraq dairəsində