“Napoli” hücumçusuna qiymət qoydu

“Napoli” hücumçusuna qiymət qoydu

İtaliyanın “Napoli” klubunun futbolçusu Viktor Osimhenin transfer qiyməti bəlli olub. A seriyası təmsilçisi nigeriyalı hücumçu üçün 120 milyon avro istəyir.

2020-ci ilin iyulunda “Lill”dən 70 milyona transfer olunan 22 yaşlı hücumçunun qiyməti bu müddətdə 50 milyon artıb. Buna Osimhenin parlaq çıxışı səbəb olub.

O, cari mövsümün 5 oyununda 4 qol vurub. Viktor Neapol təmsilçisinə keçəndən sonra meydana çıxdığı 29 matçda 14 dəfə fərqlənib.

ETOPAZ

Əvvəlki yazı

İbrahimoviç yenidən millidə

Növbəti yazı

Cared “Leykers”in təklifini qəbul etmədi