Nani ABŞ klubundan ayrıldı
Portuqaliya millisinin sabiq futbolçusu Luiş Nani klubsuz qalıb. Yarımmüdafiəçi şərəfini qoruduğu “Orlando Siti”ni tərk edib.
Bunu Naninin özü açıqlayıb. O, instaqram hesabında klubdan ayrılması barədə paylaşım edib.
35 yaşlı yarımmüdafiəçi ABŞ klubunda 84 matç keçirib. O, bu müddətdə 31 qol vurub.