Namik Ələskərovdan 5-ci qol

Namik Ələskərovdan 5-ci qol

Azərbaycan millisinin futbolçusu Namik Ələskərov Türkiyə “Bursaspor”unda növbəti qoluna imza atıb. 27 yaşlı yarımmüdafiəçi səfərdə “İstanbulspor”un qapısına yol tapıb.

O, 1-ci liqanın 32-ci turunun matçının 7-ci dəqiqəsində fərqlənib. Namik bu matçda hesabı açıb. Ələskərov Bursa təmsilçisində 5-ci qolunu vurub.

Qeyd edək ki, Bursa təmsilçisi bu matçda 1:3 hesabı ilə uduzub.

ETOPAZ

Əvvəlki yazı

Rudigerə İspaniyadan təklif

Növbəti yazı

Günün kuponu – 16.04.2022