Günün kuponu – 16.04.2022
“Fənərbağça” – “Göztəpə” 1 [nowbetnow-dynamic dyn_code=1305]
İzmirin dağlarında çiçəklər açan bir vaxtda “təpələrdə” vəziyyət ürəkaçan deyil. Şəhər təmsilçisi göz görə-görə “solur”. Komanda çempionatda ardıcıl 9 oyundur uduzur və aşağı liqaya yuvarlanmağın astanasındadı.
“Fənərbağça”nın ardıcıl 4 oyundur qalib gəlməsinə və çempionluq şanslarını nəzəri cəhətdən saxlamasına baxmayaraq “Trabzonspor”a çatması mümkünsüz görünür.
Buna baxmayaraq, son ana qədər sağlam mübarizə gözləyirəm və belə olacağı təqdirdə qonaqların xal qazanacağına inanmıram.
“Yuventus” – “Bolonya” 1 [nowbetnow-dynamic dyn_code=1306]
“İnter”ə məğlubiyyətdən sonra skudetto şansları əsas rəqibləri ilə müqayisədə bir qədər azalan “Yuventus” hələ ümidlərini tam itirməyib. Amma “Bolonya” ilə qarşılaşmada xal itkisi hər şeyin üstündən xətt çəkə bilər. Alleqrinin futbolçuları bunu gözəl anlayır və Turində qələbəni çətin ki, qaçıralar.
Rəqiblər arasında son 12 oyunun hamısında “Yuve” qalib gəlib.
“Porto” – “Portimonense” 1 [nowbetnow-dynamic dyn_code=1307]
“Portu” çempionluq yolunda inamla irəliləyir. Komanda bu oyunda da qalib gəlsə çempionluğu böyük ölçüdə təmin edəcək. Statistikanı bir kənara qoyub ən azı rəqiblər arasındakı ustalıq fərqini və mövcud durumu nəzərə alsaq “Portu”nun qələbəsinə şübhə qalmır.