Nadalın raketkasına 118 min avro

Nadalın raketkasına 118 min avro

Rafael Nadalın “Rollan Qarros-2007” finalında istifadə etdiyi raketka hərracda satılıb. İspaniyalı tennisçinin rekatkasına 118 min avro ödənilib.

Nadal həlledici qarşılaşmada isveçrəli həmkarı Roje Federerlə qarşılaşıb və 3:1 (6:3, 4:6, 6:3, 6:4) hesabı ilə qələbə qazanıb. Bu Rafanın “Böyük Dəbilqə” turnirlərində 3-cü uğuru olub. Nadal Fransa açıq çempionatında 14 dəfə (2005, 2006, 2007, 2008, 2010, 2011, 2012, 2013, 2014, 2017, 2018, 2019, 2020, 2022) kuboku sahib çıxıb.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 30.01.2024

Növbəti yazı

“Lill”in hücumçusuna 4 müştəri