Nadalın rəqibi müəyyənləşdi
Uzun fasilədən sonra kortlara qayıdacaq “Böyük dəbilqə”lərin 22 qat qalibi Rafael Nadalın ilk rəqibi müəyyənləşib. O, Brisbendə təşkil olunacaq ATP-250-də meydana çıxacaq.
Nadalın ilk rəqibi “US Open–2020”nin çempionu Dominik Tim olacaq. Avstriyalı təsnifat mərhələsində uğur qazanmaqla turnirə vəsiqə qazanıb.
Bu tennisçilər indiyədək 15 dəfə qarşılaşıb. Nadal 9, Tim 6 dəfə qalib gəlib.
Qeyd edək ki, 37 yaşlı ispaniyalı “Australian Open-2023”ün ikinci mərhələsinin yanvarın 18-də keçirilən matçında zədələnib və bir il kortlardan kənar qalıb.