Nadaldan mütləq rekord

Nadaldan mütləq rekord

Rafael Nadal Melburnda keçirilən ATP-250 seriyalı turnirin qalibi olub. Dünyanın 6-cı raketkası ardıcıl 19-cu ildə titul qazanır.

İspaniyalı 2004-cü ildən başlayaraq hər mövsümdə ən azı bir çempionluq yaşayıb. Onun bu göstəricidəki ən yaxın izləyicisi Novak Cokoviçin seriyası 2006-cı ildə başlayıb. Bu il uğuru olmayan serbiyalı əvvəlki 16 ildə titul qazanıb.

Çempionluq əldə olunan illərin sayında Nadal yeni rekord vurub. O, hərəyə 18 mövsümdə titula yiyələnən Andre Aqassi və Rocer Federeri arxada qoyub.

ETOPAZ

Əvvəlki yazı

12 milyonluq qapıçı “Marsel”də

Növbəti yazı

Zlatanın 80-ci “qurban”ı