Nadaldan iki rekord

Nadaldan iki rekord

Rafael Nadal mövsümü dünya reytinqinin ikincisi kimi başa vurub. “Böyük dəbilqə” turnirlərinin 22 qat qalibi 13-cü dəfə ili ilk 2 pillədə bitirib. O, 5 dəfə birinci, 8 dəfə ikinci olub.


Bu, mütləq rekorddur. Rocer Federer və Novak Cokoviçin 11 belə uğuru var.


Nadal həm də ardıcıl 18-ci dəfə mövsümü “Top-10”da başa vurub. 2005-ci ildən “onluğ”u tərk etməyən ispaniyalının bu seriyası da rekord göstəricidir.

ETOPAZ

Əvvəlki yazı

Musiala tarixə düşdü

Növbəti yazı

DÇ-2022-də daha bir sensasiya: Almaniya da uduzdu