Nadal Federerə çatdı

Nadal Federerə çatdı

“Böyük dəbilqə”nin 21 qat çempionu Rafael Nadal İndian-Uellsdə keçirilən “Masters”in 1/4 finalında Nik Kiriosu məğlub edib – 7:6, 5:7, 6:4. O, bununla da ardıcıl 19-cu qələbəsini qazanıb. İspaniyalı bu mövsüm hələ uduzmayıb.

Kirios üzərində qələbə Nadalın açıq kort matçlarında 953-cü qələbəsi olub. Bununla da o, Rocer Federerə məxsus olan tur rekordunu təkrarlayıb. Üçüncü olan Novak Cokoviçin hesabında 824 belə qələbə var.

Bundan əlavə, Nadal 76-cı dəfə “Masters”in yarımfinalına çıxıb və öz rekordunu yeniləyib.

ETOPAZ

Əvvəlki yazı

50 mövsümün ən yaxşı nəticəsi

Növbəti yazı

Çempionlar Liqasında 1/4 final cütləri müəyyənləşdi