Nadal Barselonada oynamayacaq

Nadal Barselonada oynamayacaq

Rafael Nadal Barselona turnirində oynamayacaq. O, ardıcıl ikinci dəfə turniri buraxacaq.

İspaniyalı tennisçi “Rolan Qarros”a hazırlığı davam etdirir. O, yarışa qədər tam bərpa olmaq niyyətindədir.

Nadalın Madriddəki “Masters”də korta qayıdacağı gözlənilir. Bu turnir aprelin 26-da başlayacaq.

O, 12 dəfə Barselona, 5 dəfə Madriddə qalib olub.

Qeyd edək ki, Nadal “Australian Open”də sol ayağından aldığı zədədən sonra bərpa prosesi keçir.

ETOPAZ

Əvvəlki yazı

Asensio rekordu yenilədi

Növbəti yazı

Xavinin Qarsiya planı