Musayev “Sabah”ı tərk etdi
Azərbaycan Premyer Liqası təmsilçisi “Sabah” baş məşqçi Murad Musayevlə yollarını ayırıb. Bunu klubun mətbuat xidməti açıqlayıb.
Bildirilib ki, mütəxəssis və klub rəhbərliyi arasında görüş keçirilib. Görüş zamanı Musayev “Sabah”dan ayrılmaqla bağlı istəyini klub rəhbərliyinin diqqətinə çatdırıb. Baş məşqçinin klubda qazandığı nailiyyətlər nəzərə alınaraq, onun bu istəyi anlayışla qarşılanıb və müsbət cavab verilib.