Musayev “Sabah”da
“Sabah”ın sabiq baş məşqçisi Murad Musayevin işsiz günləri sona çatıb. Onun “Krasnodar”a qayıdışı rəsmiləşib.
Bunu Rusiya klubunun mətbuat xidməti açıqlayıb. Premyer Liqa təmsilçisi 41 yaşlı mütəxəssislə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalayıb. 2018-21-ci illərdə də bu klubu çalışdıran Musayev 3 ildən sonra sabiq komandasına qayıdıb.