Musa Qurbanlıdan İsveçdə debüt
Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı İsveç çempionatında debüt edib. “Qarabağ”dan “Yurqorden”ə keçən 21 yaşlı hücumçu yeni komanjdasında ilk oyununa çıxıb.
Musa “Elfsborq”la evdəki qarşılaşmada iştirak edib. O, matçın 58-ci dəqiqəsində meydana daxil olub.
Çempionatın lideri ilə bacarmayan “Yurqorden” 0:4 hesabı ilə uduzub. Musanın komandası 17 oyundan sonra 30 xalla 4-cü pillədə qərarlaşıb.