Musa Qurbanlı yarımfinalda

Musa Qurbanlı yarımfinalda

Musa Qurbanlının heyətində çıxış etdiyi “Yurqorden” İsveç kubokunda növbəti oyununu keçirib. Komanda 1/4 final çərçivəsində “Deqerfors”u qəbul edib.

Görüş ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun 1-ci hissəsində qol vurulmasa da, fasilədən sonra Musanın komandası 3 dəfə fərqlənib və yarımfinala vəsiqə qazanıb. Görüşdə Qurbanlı meydana çıxmayıb.

Qeyd edək ki, “Yurqorden” yarımfinalda AİK-lə üz-üzə gələcək. Oyun martın 17-də baş tutacaq.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ” 3 xalı 3 qolla qazandı

Növbəti yazı

Arda Gülər “Real”da qol hesabını açdı