Musa Qurbanlı İsveç yolunda

Musa Qurbanlı İsveç yolunda

Musa Qurbanlı “Qarabağ”dan ayrılıb. O, karyerasını İsveç çempionatında davam etdirəcək.

20 yaşlı hücumçu “Yurqorden”lə anlaşıb. İsveçə yollanan hücumçu klubla 3 illik müqavilə imzalayacaq. Azərbaycan Premyer Liqasının son mövsümündə 21 qol vuran Qurbanlı bir çox klubların diqqət mərkəzinə düşmüşdü. Musanın yeni komandası İsveç çempionatında 13 oyundan son 21 xal toplayıb.

e-Topaz

Əvvəlki yazı

“Mançester Siti” De Yonqu istəyir

Növbəti yazı

“Yuventus” “Çelsi”yə “yox” dedi