Mülleri İngiltərəyə çağırırlar

Mülleri İngiltərəyə çağırırlar

“Bavariya”nın futbolçusu Tomas Müller karyerasını İngiltərədə davam etdirə bilər. Premyer Liqanın iki klubu 32 yaşlı almaniyalının xidmətində maraqlıdır.

“Nyukasl” və “Everton” təcrübəli futbolçunu heyətində görmək istəyir. Müllerin “Bavariya” ilə müqaviləsi 2023-cü ildə başa çatacaq. İngiltərə təmsilçiləri onun keçidi üçün xərcə düşməyə də hazırdır. Tomas 2007-ci ildən əsas komandasına qoşulduğu “Bavariya”nın akademiyasının yetirməsidir.

ETOPAZ

Əvvəlki yazı

Kulusevski İbrahimoviçin yanına gedir

Növbəti yazı

“Liverpul”dan “Porto”ya təklif