Müller milli karyerasını bitirdi

Müller milli karyerasını bitirdi

Almaniya millisinin futbolçusu Tomas Müller yığmadakı karyerasını başa vurduğunu açıqlayıb. 33 yaşlı oyunçu bununla da millidəki çıxışını dayandırıb.

Qeyd edək ki, Tomas Müller ilk dəfə iştirak etdiyi 2010-cu il dünya çempionatında bürünc medal, 2014-cü il mundialında qızıl medal qazanıb. O, 2018 və 2022-ci il mundiallarında Almaniya millisi ilə qrupdan çıxmağı bacarmayıb. Bu müddət ərzində Müller dünya çempionatlarında 10 qol vurub. DÇ-2010-da 5 qol qurmuş Müller həmin mundialın ən yaxşı gənc oyunçusu da seçilib. Ümumilikdə o, Almaniya millisində 121 oyuna 44 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

“Çelsi” önə keçdi

Növbəti yazı

“Atletiko” Feliksi satmağa hazırdır