Müller: “Messisiz “Barselona” başqa komandadır”

Müller: “Messisiz “Barselona” başqa komandadır”

Almaniyanın “Bavariya” klubunun futbolçusu Tomas Müller Çempionlar Liqasının “Barselona” ilə oyunu ərəfəsində rəqibi dəyərləndirib. O, Lionel Messinin gedişindən sonra İspaniya klubunun tam başqa olduğunu qeyd edib: “Messisiz “Barselona” barədə çox danışa bilmərəm. Bu, başqa komandadır. Messi olanda daim daha çox diqqət ona yönəlir. Amma yenə qarşılaşma əla stadionda olacaq. Böyük futbol gecəsi baş tutacaq”.
Xatırladaq ki, “Barselona” – “Bavariya” matçı sentyabrın 14-də “Nou Kamp”da keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Dreymond Qrin sabiq komandasının düşərgəsində

Növbəti yazı

Azarkeş tribunadan aşdı