Moyesin “1000”i

Moyesin “1000”i

“Vest Hem”in baş məşqçisi David Moyes karyerasında 1000-ci oyununu keçirib. Bu, Avropa Liqasının qrup mərhələsinin IV turuna təsadüf edib. “Genk”lə qarşılaşma (2:2) şotlandiyalının baş məşqçi kimi 1000-ci sınağı olub.

1998-ci ildə “Preston”da baş məşqçi fəaliyyətinə başlayan mütəxəssis “Everton”, “Mançester Yunayted”, “Real Sosyedad”, “Sanderlend” klublarına rəhbərlik edib. O, 2017-ci ilin noyabrından 2018-ci ilin mayınadək çalışdırdığı “Vest Hem”ə 2019-cu ilin dekabrında qayıdıb.

ETOPAZ

Əvvəlki yazı

Ruud “ATP Finals”da

Növbəti yazı

Ən çox qazanan 25 idmançı