Moyesə vaxt verildi
“Vest Hem” baş məşqçisi Devid Moyesi istefaya göndərə bilər. Komandanın nəticələri rəhbərliyin narazılığına səbəb olub.
Londonlular 7 turdan sonra Premyer Liqanın turnir cədvəlində 18-cidir. Klub rəhbərliyi Moyesə vəziyyəti düzəltmək üçün vaxt verib. Qarşıdakı 5 turda ciddi dəyişiklik olmasa, mütəxəssis vəzifəsindən göndəriləcək.
Qeyd edək ki, “Vest Hem” növbəti 5 turda “Vulverhempton”, “Fulhem”, “Sauthempton”, “Liverpul” və “Bornmut”la görüşəcək.