Mövsümün 50-ci qələbəsi

Mövsümün 50-ci qələbəsi

Dünyanın 8-ci raketkası Kasper Ruud mövsümdə 50-ci qələbəsini qazanıb. Bu, Vyanadakı turnirin 1-ci mərhələsində gerçəkləşib. Norveçli tennisçi Lloyd Harrisi 7:5, 7:6 hesabı ilə məğlub edib.

Ruud cari mövsümdə 50 qələbə qazanan üçüncü tennisçidir. Onadək Stefanos Tsitsipas və Danil Medvedev bunu bacarıb. Yunanıstanlının aktivində artıq 54 qələbə varsa, rusiyalı 50 dəfə sevinib.

ETOPAZ

Əvvəlki yazı

Simona Halepin Lints sınağı

Növbəti yazı

“Barselona”dan Dembeleyə təzyiq