Mövsümdə ikinci titul

Mövsümdə ikinci titul

Ostravada keçirilən WTA-500 seriyalı turnir başa çatıb. Finalda Anett Kontaveytlə Mariya Sakkari qarşılaşıb.

Estoniyalı tennisçi 6:2, 7:5 hesablı qələbə qazanıb. Bu, Kontaveytin mövsümdə ikinci, karyerasında üçüncü WTA titulu olub. Bu uğur Kontaveyti reytinqdə 23-cü pilləyə daşıyıb.

Xatırladaq ki, Çexiyadakı turnirin mükafat fondu 565 min 530 dollar təşkil edir.

ETOPAZ

Əvvəlki yazı

Buker toplanışın startını buraxacaq

Növbəti yazı

Ardıcıl 6-cı qələbə