Mövqeyimiz dəyişməz qaldı

Mövqeyimiz dəyişməz qaldı

UEFA reytinqində dəyişikliklər olub. Buna avrokubokların II təsnifat mərhələsinin ilk oyunlarının birinci gününün nəticələri səbəb olub.

Çempionlar Liqası və Konfrans Liqasında baş tutan matçlar Azərbaycanın mövqeyinə təsir etməyib. “Qarabağ” Cəbəllütariqdə “Linkoln”a 2:0 hesabı ilə qalib gəlməklə ölkə reytinqinə 0,250 xal gətirib. Azərbaycanın xal hesabı 17,250-yə yüksəlsə də, mövqe dəyişməz qalıb.

Ölkəmiz Avropada 25-ci pillədə qərarlaşıb. Norveç Danimarkanı, Avstriya İsveçrəni, Macarıstan Rusiyanı, İsveç Rumıniyanı, Kosovo İrlandiyanı keçib.

ETOPAZ

Əvvəlki yazı

Qurban Qurbanov: “Bakıdakı matça ciddi hazırlaşacağıq”

Növbəti yazı

Pavloviç “Atletiko”ya “yox” dedi