Mourinyoya Afrikadan təklif
Joze Mourinyo “Roma”dan ayrıla bilər. Portuqaliyalı baş məşqçi Nigeriya millisindən təklif alıb. Bunu Nigeriya Futbol Federasiyasının prezidenti Amadju Pinnik açıqlayıb.
O bildirib ki, 58 yaşlı mütəxəssislə danışıqları olub. Mayın 4-dən “Roma”ya rəhbərlik edən çalışdırıcının Afrikadan aldığı təklifi qəbul edib-etməyəcəyi dəqiqləşməyib. Onun romalılarla müqaviləsi 2024-cü ilədək nəzərdə tutulub.