Mourinyonun qayıdış arzusu

Mourinyonun qayıdış arzusu

“Çelsi”nin sabiq baş məşqçisi Joze Mourinyo yenidən İngiltərə klubunu çalışdıra bilər. Hazırda “Roma”nı çalışdıran mütəxəssis London təmsilçisinə keçmək istəyir.

Portuqaliyalı mütəxəssis Roma klubunun rəhbərliyinin maliyyə dəstəyinin olmamasından narazıdır. O, 2004-07 və 2013-15-ci illərdə rəhbərlik etdiyi “Çelsi”yə qayıtmaq arzusundadır.

Qeyd edək ki, Mourinyo A seriyası təmsilçisindən ayrılmağı planlaşdırsa da, mövsümün sonunadək Romanın eyniadlı klubunda qalacaq.

ETOPAZ

Əvvəlki yazı

Amerika kubokunun yeri müəyyənləşdi

Növbəti yazı

Olmoya Mançesterdən təklif