Mourinyonun istəyi
“Tottenhem”in futbolçusu Erik Dayer klubu tərk edə bilər. Müdafiəçi “Roma”nın transfer siyahısına düşüb.
Onun keçidini baş məşqçi Joze Mourinyo istəyib. Portuqaliyalı London klubunda rəhbərliyi altında oynamış Dayeri komandasına dəvət edib.
İngiltərə klubu bu keçidin əleyhinə deyil. Onlar Radu Draquşinanın transferi reallaşdıqdan sonra Erikin keçidinə əngəl olmayacaq.