Mourinyodan Matiçə dəvət

Mourinyodan Matiçə dəvət

“Mançester Yunayted”in futbolçusu Nemanya Matiç karyerasını İtaliyada davam etdirə bilər. Serbiyalı yarımmüdafiəçi “Roma”ya keçməyə yaxındır.

A seriyası təmsilçisinin baş məşqçisi Joze Mourinyo Matiçi komandasına dəvət etmək istəyir. “Mançester Yunayted” və “Çelsi”də Nemanya ilə çalışan portuqaliyalı mütəxəssis yaxşı tanıdığı futbolçunu yenidən sərəncamında görmək niyyətindədir.

Qeyd edək ki, 2017-ci ildə “Çelsi”dən Mançester təmsilçisinə keçən Matiç mövsümün sonunda azad agent statusu alacaq.

ETOPAZ

Əvvəlki yazı

321 minlik mükafat

Növbəti yazı

İlkay Gündoğan “Barselona” və “Arsenal”ın hədəfində