Mourinyodan ilk

Mourinyodan ilk

Konfrans Liqasının finalında “Roma” “Feyenoord”la qarşlaşıb. 1:0 hesabı ilə qələbə qazanan “canavarlar” turnirin tarixinə ilk qalib kimi düşüb.

Romanın eyniadlı təmsilçisi özünün ilk qitə miqyaslı kubokunu başı üzərinə qaldırıb. “İnter”in 2009/10 mövsümündə qazandığı Çempionlar Liqasından 12 il sonra avrokubok İtaliyaya yollanıb. Həmin vaxt Milan təmsilçisi ilə tarix yazan Joze Mourinyo bu dəfə yeni klubunda yeni kubokun sahibi olub. Portuqaliyalı mütəxəssis Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının üçündə də çempionluq sevinci yaşayan ilk baş məşqçi kimi tarixə düşüb.

ETOPAZ

Əvvəlki yazı

“Roma” Konfrans Liqasının ilk çempionu oldu

Növbəti yazı

Argentinanın matçı ləğv edildi