Mourinyo onun keçidində israrlıdır
“Roma”nın baş məşqçisi Joze Mourinyo komandanın heyətini gücləndirmək niyyətindədir. O, “Frayburq”un yarımmüdafiəçisi Roland Şallayı almaqda şəxsən maraqlıdır.
Portuqaliyalı məşqçi növbəti transfer pəncərəsində “qurdlar”ın futbolçusu Şallayı keçidə razı salmaq üçün danışıqlara başlayıb. Tərəflər müzakirələri davam etdirir.