Mourinyo “Napoli” yolunda
Joze Mourinyonun işsiz günləri erkən başa çata bilər. Onun “Napoli”yə rəhbərlik etmək ehtimalı var.
Mütəxəssisin agenti Xorxe Mendeş portuqaliyalının neapollulara mümkün təyinatı ilə bağlı “Napoli”nin prezidenti Aurelio De Laurentis ilə əlaqə saxlayıb. Onun yüksək maaşının Mourinyonun “Napoli”dəki işinə mane ola biləcəyi qeyd olunur.
Qeyd edək ki, Mourinyo yanvarın 16-da “Roma”dan ayrılıb.