Moro döyüldü və qarət olundu

Moro döyüldü və qarət olundu

“Latsio”nun futbolçusu Raul Moro xoşagəlməz hadisə ilə üzləşib. Atası ilə birlikdə Romada avtomobillə hərəkət edən yarımmüdafiəçi döyülərək qarət olunub.

Onu 4 naməlum şəxs saxlayıb. Özlərini polis kimi qələmə verən cinayətkarlar avtomobildən düşməsini istəyib. Onları döyən qarətçilər bahalı saatlarını və pullarını alıb, “Mercedes-Benz А” avtomobilini qaçırıblar.

Az sonra atılmış maşın tapılıb. Futbolçu və atası xəstəxanaya aparılıb və onlara tibbi yardım edilib.

e-Topaz

Əvvəlki yazı

Ruud ilk dəfə finalda

Növbəti yazı

“Klippers”dən yeni rekord