Moreyra “Mançester Siti”nin maraq dairəsində

Moreyra “Mançester Siti”nin maraq dairəsində

“Atletiko Mineyro”nun futbolçusu Savio Moreyra karyerasını İngiltərədə davam etdirə bilər. 17 yaşlı hücumçu “Mançester Siti”nin maraq dairəsinə düşüb.

Premyer Liqa təmsilçisi gənc braziliyalı üçün 6,5 milyon avro ödəməyə razıdır. Mançesterlilər bundan əlavə bonuslar verməyə də hazırdır. “Şəhərlilər” Savionu aldıqdan sonra icarəyə verməyi planlaşdırır. Bunun üçün ən uyğun variant PSV sayılır.

Qeyd edək ki, “Arsenal”la “Zalsburq” da Savionu transfer etmək istəyir.

ETOPAZ

Əvvəlki yazı

Kasemiro və Mendi cavab oyununda olmayacaq

Növbəti yazı

Ronaldo 588 dəqiqə sonra fərqləndi