Morent ən yaxşı seçildi

Morent ən yaxşı seçildi

NBA-da mövsümün ən inkişaf edən basketbolçusu müəyyənləşib. Bu ada “Memfis”in müdafiəçisi Ca Mortent layiq görülüb.

22 yaşlı oyunçu son üç ildə ikinci fərdi mükafatını qazanıb. O, ilk mövsümündə ən yaxşı debütant adına da yiyələnib.

Ca NBA tarixində ilk oyunçudur ki, həm ən yaxşı debütant, həm də ən inkişaf edən basketbolçu mükafatlarına sahib çıxıb. O, müntəzəm çempionatda 27,4 xal toplayıb.

Ən inkişaf edən oyunçularla bağlı səsvermədə Morent 221 xal yığıb. Dejonte Murrey (“San-Antonio”) ikinci, Darius Qarlend (“Klivlend”) üçüncüdür.

ETOPAZ

Əvvəlki yazı

Kyellinidən milliyə vida

Növbəti yazı

Gündoğana Türkiyə və MLS-dən təklif