Morenonun son oyunu
İspaniyanın “Qranada” klubu baş məşqçisini istefaya göndərməyə qərar verib. Roberto Moreno növbəti turdan sonra postunu tərk edəcək.
“Sevilya” ilə görüş mütəxəssis üçün bu postda son matç olacaq. Buna səbəb komandanın uğursuz nəticələridir. Qarşıdakı görüşün nəticəsi klub rəhbərliyinin Moreno ilə bağlı fikrinə təsir etməyəcək.
Xatırladaq ki, Moreno iyunun 18-də “Qranada”nın baş məşqçisi təyin olunub.