Monfisdən ən yaxşı start

Monfisdən ən yaxşı start

Dünyanın 20-ci raketkası Qael Monfis “Australian Open”də 3-cü mərhələyə yüksəlib. O, Aleksandr Bublikə 6:1, 6:0, 6:4 hesabı ilə qalib gəlib.

İlk mərhələdə Federiko Koriyaya 6:1, 6:1, 6:3 hesabı ilə qalib gələn fransalı startdakı iki qarşılaşmada cəmi 10 qeym uduzub.

Bu, Monfisin “Böyük dəbilqə”lərdə ən yaxşı startıdır. Onun növbəti rəqibi Kristian Qarin olacaq.

ETOPAZ

Əvvəlki yazı

Zinçenkoya İspaniyadan təklif

Növbəti yazı

“Sampdoriya”nın baş məşqçisi müəyyənləşdi